Məhəllə sakinləri ara küçədə park edilmiş avtomobilin altında kişi cəsədi aşkarlayıblar.
“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.
Gördükləri mənzərədən dəhşətə düşən sakinlər dərhal polisə məlumat veriblər.
Ölənin üzərində olan sənədlərdən məlum olub ki, bu 35 yaşlı Çingiz Batmanlıdır. Cəsəd ekspertizaya göndərilib.
Məhəllə sakinləri maşının nə vaxt küçəyə park edildiyini bilmədiklərini deyiblər.
Hadisə ilə əlaqədar istintaq başlanılıb.