Zəngəzurun Şəki kəndində baş verən insident Ermənistanın hakim komandası daxilində fikir ayrılıqlarına yol açıb.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, Şəki hadisəsi Vətəndaş Sazişi Partiyasında geniş müzakirə mövzusuna çevrilib.
Siyasi qüvvənin bəzi nümayəndələri hesab edirlər ki, bu olay rəsmi şəxslərin sərhədlərin təhlükəsizliyi və ölkədəki sabitliklə bağlı səsləndirdiyi bəyanatları şübhə altına alır.
Onların qənaətinə görə, Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini David Sanamyan əsassız olaraq günahkar çıxarılıb və buna görə də MTX rəhbəri Andranik Simonyanın istefası məsələsi gündəmə gətirilə bilər.
Müdafiə naziri Suren Papikyanla bağlı isə partiya daxilində hələlik ümumi bir mövqe formalaşmayıb. MTX direktorunun izahat vermək məqsədilə parlamentə çağırılması ehtimalı da istisna olunmur.