Səkkiz ildir saçlarını şampunla yumaqdan imtina edən Paige Gozon adlı qız “Allure” nəşrinə müsahibə verib.
Şimali Karolina ştatının 16 yaşlı sakini 2012-ci ildən şampundan imtina edib.
P.Gozon uşaqlıqda valideynləri tərəfindən iradəsinə zidd olaraq tez-tez saçlarını yumağa məcbur edildikdən sonra bu prosedurdan imtina etmək haqqında qərar verib.
Bir neçə həftə sonra yeniyetmə qız şampundan imtinanın müddətini uzatmaq qərarına gəlib. Uzun saçlarının yağlanmaması üçün Paige Gozon onları su və uşaq pudrası ilə yuyub. Bundan əlavə, o, tez-tez yataq dəstini dəyişdirib.
P.Gozon kimyəvi maddələrdən imtina etdikdən sonra saçlarının daha sürətlə uzandığını söyləyib.