Dünyaca məşhur müğənni Selena Gomez ağır xəstəliyə yaxalanıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc və gözəl müğənni lupus xəstəliyinə tutulub.
Nəzərinizə çatdırırıq ki, lupus - səbəbi bilinməyən dəri, oynaq, böyrək, ürək pərdəsi, ağciyər pərdəsi kimi bir çox orqan iltihabına bağlı dəyişikliklər və immunitet sisteminin düzgün inkişaf etməməsi nəticəsində yaranan xəstəlikdir.
21 yaşlı məşhur ulduza bir neçə il bundan əvvəl sözügedən xəstəliyin diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, ifaçı yaxın vaxtlarda qızdırma, tərləmə, həddindən artıq yorğunluq və digər ağrılardan şikayət etdiyi üçün özünə vaxt ayırıb yaxşı dincəlməlidir.
Səhhəti yaxşı olmadığına görə gənc müğənni Asiya və Avropa turnelərindən imtina edib.
Aytən Sadıqzadə
www.oxu.az