Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanlının “Muhteşem Yüzyıl” ilə bağlı şikayətinə baxılmadı – Foto
Sizə Türkiyədə yaşayan Cənubi Azərbaycanlı Məhbub Əmrahinin məşhur “Muhteşem Yüzyıl” serialında Səfəvilərin fars kimi təqdim edilməsi ilə bağlı prokurorluğa verdiyi şikayət barədə xəbər vermişdik. İndi həmin şikayətə cavab verilib.
Oxu.Az xəbər verir ki, Məhbub Əmrahinin Facebook profilində paylaşdığı qərarda bildirilir ki, serial reytinq qazanmaq üçün çəkildiyindən və sənədli film olmadığı üçün şikayətə baxılmaması qərara alınıb:
“Muhteşem Yüzyıl” Qara Murad, Tarkan, Malqoçoğlu kimi reytinq məqsədilə çəkilən serialdır” – deyə, qərarda bildirilib və şikayətə baxılmaması qərara alınıb.
Əmrahi 15 gün ərzində qərara etiraz etmək hüququnun olduğunu bildirib.
Qeyd edək ki, Məhbub Əmrahi serialın 115-ci bölümündə Səfəvilərin fars kimi təqdim edilməsi ilə bağlı “Tarixi inkar və keçmişə həqarət” iddiası ilə şikayət etmişdi.
Aytən Sadıqzadə
www.oxu.az