Böyük Britaniya sakini selfi üçün olan ştativini ildırım vurması nəticəsində həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə The Independent bildirib.
Hadisə keçən bazar günü iyul ayının 5-də Uelsin cənubunda Brekon-Bikos milli parkında baş verib. Şahidlərin sözlərinə görə, dağın başında şimşək çaxarkən bir neçə nəfər eyni anda şəkil çəkdirirdi.
The Independent-in verdiyi məlumata əsasən ildırım çaxan vaxt parkda iki nəfər həlak olub. İkinci şəxsin ölüm səbəbləri açıqlanmır. Daha iki nəfər isə xəsarət alıb – onlara ilkin yardım göstərilib, sonra isə xəstəxanaya çatdırılıblar.
Selfi çəkilişləri zamanı təhlükəsizlik məsələsi son zamanlar ən aktual mövzulardandır. İyul ayının 7-də Rusiya DİN vətəndaşlara sağlamlıq və həyatlarını riskə atmadan avtoportret çəkiminin qaydalarının izah olunduğu vərəqələr təqdim edib.