Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Selin Diondan kədərli xəbər: Hərəkətlərinə nəzarət edə bilmir - FOTO
Məşhur ifaçı Selin Dion sərt əzələ sindromu səbəbindən bədəni üzərində nəzarəti itirib.
Bu barədə müğənninin bacısı Klodett “7 Jours” verilişində deyib.
Klodett ağır xəstəlikdən əziyyət çəkən sənətçinin hazırkı vəziyyətindən danışıb.
Onun sözlərinə görə, Selin Dion ağrılı spazmlar səbəbindən hərəkətlərini idarə edə bilmir. Müğənninin yenidən səhnəyə qayıtması hələlik nəzərdə tutulmur. Klodett qeyd edib ki, bacısı həmişə intizamlı və zəhmətkeş olub və səhnəyə qayıtmaq arzusundadır, lakin hazırda belə bir proqnoz vermək mümkün deyil.
Klodett əlavə edib ki, Dionun çox nadir rast gəlinən bu xəstəlik yetərincə araşdırılmayıb, buna görə də oxşar xəstəliyi olan bir çox insan artıq normal həyata qayıtmaq və sağalmaq ümidini itirib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nadir rast gəlinən autoimmun hərəkət pozğunluğudur ki, mərkəzi sinir sistemini sıradan çıxarır və nəticədə yaranan ağrılı əzələ spazmlarını aradan qaldırmaq çətin olur.
2023-cü ilin may ayında Selin Dion müalicə kursu keçmək üçün təxminən 40 konsertini ləğv edib.
Mənbə: Gazeta.ru
Rəylər