Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Senat yenidən Bayden administrasiyasını Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırdı
Amerikalı senatorlar Riçard Blumental və Lindsi Qrem yenidən Prezident Co Bayden administrasiyasını Ukraynadakı vəziyyətə görə Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına salmağa çağırıblar. Onlar Baydenin dəstəyinin olub-olmamasından asılı olmayaraq Konqresin qanun layihəsini qəbul etməsinə səy göstərəcəklərini bildiriblər.
Senatorların sözlərinə görə, Bayden Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmalı və davam edən işğal fonunda Ukraynaya yardıma davam etməlidir.
“Ümidvaram ki, prezident könüllü olaraq bu mövqeni tutmağa qərar verəcək”, - deyə Blumental bildirib.
Rusiya terror dövləti kimi tanınacağı təqdirdə ABŞ-ı diplomatik əlaqələri kəsməklə hədələyib.
Xatırladaq ki, hər iki senator iyul ayında Ukraynaya səfər edib və orada Prezident Volodimir Zelenski ilə görüşüb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ölkələrin terrorizmin sponsoru kimi tanınmasına cavabdehdir. Hazırda bu siyahıya dörd ölkə daxildir: Kuba, Şimali Koreya, İran və Suriya.
Mənbə: Ukrainskaya Pravda
Rəylər