"İran ordusu İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Təl-Əvivdəki ən böyük nəqliyyat mərkəzinə pilotsuz təyyarə ilə hücum edib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"İsrail ordusunun Tel-Əvivdəki dəstək bazası və nəqliyyat mərkəzi İran ordusunun dronları ilə vurulub",- deyə İranın dövlət televiziyası açıqlamaya istinadən bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib.
Oxu.Az TASS-a istinadən məlumat verir ki, bununla bağlı qurumun rəsmi bəyanat verib.
Məlumatda vurğulanır ki, İran silahlı qüvvələri İsrailə qarşı sayca 83-cü hücum dalğasına start verib.
İsrail hərbi mövqelərinə dəyən zərərin nəticələri və əməliyyatın effektivliyi haqqında hələlik dəqiq məlumat açıqlanmayıb.