"Artıq bir saatdan artıqdır ki, Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliy"ində axtarışlar davam edir".
Oxu.Az xəbər verir ki, bu barədə separatçıların keçmiş dövlət naziri Njde İskandaryan "Sputnik Ermənistan"a açıqlama verib.
O bildirib ki, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı hansısa sənədi axtarır. Onlar məhkəmənin axtarış barədə qərarını təqdim ediblər, hazırda kompüterlər yoxlanılır.
Ermənistanın İstintaq Komitəsindən bildiriblər ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır.