Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Serbiya parlamentinə "xarici agentlər" haqqında qanun layihəsi təqdim edilib
Serb Sosialist Hərəkatının deputatları Skupştinaya (Parlament) "xarici agentlər" haqqında qanun layihəsi təqdim ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə dw.com xəbər yayıb.
Qanun layihəsinə əsasən, xarici mənbələrdən maliyyələşən təşkilatlar və siyasətçilər "xarici agent" kimi qeydiyyatdan keçməli və bütün nəşrlərində bu statusu göstərməlidirlər.
Təşəbbüsün müəllifləri qanunu pozanları müəyyən fəaliyyət növlərinə qadağa, cinayət məsuliyyəti və ya beş min dinardan (42 avro) iki milyon dinara (17 min avro) qədər cərimələrlə cəzalandırmağı təklif edirlər.
Sosialist Hərəkatına Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin rəhbərlik edir. Vulin bildirib ki, "xarici agentlər" haqqında qanun layihəsi ABŞ-nin QHT-lərin xaricdən maliyyələşdirilməsini qadağan edən qanunu əsasında hazırlanıb.
Rəylər