Serbiyanın Kraquevats şəhərində hərbi sursat anbarında iki partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Blits” qəzetinin saytında məlumat yayılıb.
Partlayışlar nəticəsində bir nəfər ölüb, 25 nəfər isə yaralanıb, üç nəfər itkin düşmüş hesab edilir. Onların hamısı hərbçi və dövlət qulluqçusudur.
Serbiya müdafiə naziri Zoran Corceviç yeni partlayışların başvermə təhlükəsini istisna etmir, partlayış yerində baş verən yanğını söndürmək hələlik mümkün olmayıb. O, həmçinin zərərçəkənlərin həyati təhlükəsi olmadığını da bildirib.
N.О.
www.oxu.az