Belqradda sakinlərin şikayətindən sonra dünyanın ilk kosmonavtı Yuri Qaqarinin büstü sökülüb.
Oxu.Az “Euronews”a istinadən xəbər verir ki, abidə aprelin 8-də qurulub, rəsmi açılış mərasimi isə aprelin 12-nə (Kosmonavtika günü) təyin olunmuşdu.
Sakinləri narazı salan abidənin xarici görünüşüdür. Nəhəng postamentlə müqayisədə kosmonavtın başının çox kiçik ölçüdə olması sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.
Büst o qədər qeyri-proporsionaldır ki, onun yaxınlığında duranlar belə kosmonavtın başını görə bilmir.
Tənqid atəşindən sonra heykəlin sifarişçisi “Bratya Kariç” fondu, büstün sökülməsi və qısa zamanda uyğun ölçülü heykəllə əvəzlənməsinə göstəriş verib.
F.M.
www.oxu.az