Ukryanalı jurnalist Pavel Şeremetin qətlinin icraçısı azərbaycanlı avtoritetin cangüdənidir.
Oxu.Az xəbər verir ki, bu barədə ukrayna KİV-i yazır.
Belə ki, Pavel Şeremetin avtomobilinin altına partlayıcının qoyulmasının qeydə alındığı kadrlarda axsayan kişi görünür.
Həmin kişi son illərdə Kiyevdə bir sıra partlayış və sui-qəsdlərə aidiyyatı olduğu iddia edilən şəxsə çox bənzəyir. Axtarılan şəxsin əsas əlaməti axsamasıdır.
“Cinayətkar qaçarkən də axsayır”, - bunu bir müddət öncə hüquq-mühafizəçilərinə şahid bildirib. Axsaq killerin həmçinin 2009-cu ildə sentyabrın 14-də baş verən daha bir sifarişli cinayətə aidiyyatı var idi. O, şəhər sakinlərindən birini güllələmişdi. Bu zaman şahidlərdən biri killerin spesifik yerişi olduğunu, axsadığını bildirmişdi.
O zaman şübhəli bilinən şəxsin kimliyi müəyyən edilmişdi, amma o, Krımda gizlənməyə müvəffəq olub.
Əməliyyatçılar killerin Ukraynaya 2014-cü ildə geri qayıtdığını müəyyən ediblər. Çernovtsıda o əslən Azərbaycandan olan, sabiq Moskva sakini kriminal avtoritetin yanına cangüdən düzəlib.