Belarusdan Latviya ərazisinə maskalı və silahlı şəxslərdən ibarət qrup keçib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə əsasən, hadisə Latviya Milli Silahlı Qüvvələrinin 20 qeyri-qanuni miqrantın sərhədi pozmaq cəhdinin qarşısını almasından bir neçə saat sonra qeydə alınıb.
Nazir iddia edir ki, Belarus ərazisində miqrantları müşayiət edən şəxslər silahlı olub və hərbi qulluqçuları hədələyərək əcnəbiləri itələyərək Latviyaya doğru yönəldiblər.
"Bu insidentdən bir neçə saat sonra Latviya ərazisinə maskalı adamlar daxil olub. Onlar paylayıcı qutunu sındırıb və kameraları aparıblar, daha sonra isə sərhəd dəstəsi gələnə qədər Belarus ərazisinə geri dönüblər", - deyə nazir vurğulayıb.
Latviyanın Daxili İşlər Nazirliyi, həmçinin belə halların təkrarlanacağı halda daha ağır nəticələrin yaranacağı barədə Belarus tərəfinə xəbərdarlıq edib.