Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Sərhədsiz Həkimlər" Rusiyadakı fəaliyyətini dayandırır
"Sərhədsiz Həkimlər" humanitar təşkilatı Rusiyadakı fəaliyyətini dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş məlumatda deyilir.
Bildirilir ki, təşkilat Rusiyada fəaliyyətə başladıqdan 32 il sonra ölkədəki fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Belə ki, avqust ayında Rusiya Ədliyyə Nazirliyi təşkilatı xarici QHT-lərin filial və nümayəndəliklərinin reyestrindən çıxarmağı qərara alıb.
"Sərhədsiz Həkimlər" 1992-ci ildən Moskvada, Sankt-Peterburqda, Kemerovo vilayətində, Çeçenistanda, İnquşetiyada, Dağıstanda, Arxanqelskdə, İvanovoda, həmçinin Rusiyanın cənubunda Belqorod və Rostov-na-Donuda fəaliyyət göstərib.
Rəylər