Sərinləmək üçün çaya girən iki yeniyetmənin meyiti tapılıb.
“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, hadisə Türkiyənin Qars şəhərində baş verib.
Belə ki, piknik edəndən sonra çaya girən 16 və 14 yaşlı yeniyetmələr bir müddətdən sonra itib.
Axtarışlardan sonra xilasedicilər tərəfindən axtarılan iki dostun meyiti sudan çıxarılıb.