Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sərxoş qırğız marketə atla daxil oldu - VİDEO
Qırğız Respublikasının Çuy rayonunun Tokmak şəhərində bir kişi supermarketə at belində daxil olub.
Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, maraqlı hadisənin görüntüsü sosial şəbəkənin Qırğız Respublikası seqmentində yayılıb.
Kadrlarda həmin şəxsin at belində pilləkənləri qalxdığını və mağazaya girdiyini görmək olur. Bunu görən supermarketin müştəriləri bir müddət sonra həmin şəxsi bayıra çıxarıb. Videoçarxın müəllifinin sözlərinə görə, atlı içkili olub.
“Sputnik – Qırğızıstan” at belində super-marketə daxil olan kişinin 39 yaşlı Tokmak şəhər sakini olduğunu öyrənib. O, etdiyi hərəkətə görə peşman olsa da, bu, onu 5.5 min som (133 manata yaxın) cərimədən azad etməyib.
Rəylər