Polşada içkili vəziyyətdə avtomobil idarə edən sürücü ağır yol-nəqliyyat hadisəsi törədib.
“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, sürücü yüksək sürətlə nəqliyyatın hərəkətini nizamlayan dairənin bordürünə çırpılıb.
Sürət yüksək olduğundan, avtomobil havaya qalxıb. Ağır qəza keçirməsinə baxmayaraq, sürücünün hadisədən sağ qurtardığı bildirilir.