Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Səudiyyə Ərəbistanı ilə Suriya arasında 12 ildən sonra bir ilk
Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.
Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) agentliyinin məlumatına görə, Faysal Əl-Mudjil Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin edilib.
Qeyd olunur ki, Faysal Əl-Mudjil 2012-ci ildə Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyi qapadılandan sonra Ər-Riyadı Suriyada təmsil edəcək ilk diplomat olacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalif qüvvələrə dəstək vermişdilər.
"Suriya" teqi üzrə xəbərlər
- Fransa Suriyada ABŞ-nin yerini doldurmaq istəyir
- Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu
- Suriyada dövlət çevrilişinə hazırlığın qarşısı alınıb
- Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb
- Suriya səfiri Rusiyada sığınacaq istəyinə aydınlıq gətirdi
Ən çox oxunanlar