Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayır.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.
“Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin