Britaniyalı müğənni Adel yazıçı Enn Raysın 1982-ci ildə qələmə aldığı eyniadlı roman əsasında rejissor Tom Fordun çəkəcəyi "Cry to Heaven" filmində debüt edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Məlumata görə, ekran əsəri 18-ci əsr İtaliyasında yaşayan iki kişinin Venesiya zadəganı və opera müğənnisinin talelərinin gözlənilmədən bir-biri ilə kəsişməsindən bəhs edir.
Filmdə Adelin baş rolda çıxış edəcəyi bildirilir. Çəkilişlərin 2026-cı ilin payızında nümayişi planlaşdırılan filmin yanvar ayında London və Romada başlanacağı qeyd olunur.