Səudiyyə Ərəbistanının hava müdafiə sistemi Yəməndən krallığın ərazisinə atılan ballistik raketi zərərsizləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Raketin sərhədyanı Cizan şəhərinə hədəfləndiyi bildirilir. Havada dəf edilən raketin yerdə hansı fəsadlara yol açdığı açıqlanmır.
Raketin “Ənsər Allah” qruplaşmasının üzvləri tərəfindən buraxıldığı bildirilir.
F.M.
www.oxu.az