Səudiyyə Ərəbistanında məsciddə baş vermiş partlayış nəticəsində onlarla insan ölüb.
Oxu.Az xəbər verir ki, “Reuters”in məlumatına görə, şahidlər nəticədə təxminən 30 nəfərin öldüyünü və ən azı 150 nəfərin yaralandığını bildiriblər.
İlkin məlumatlara əsasən, partlayıcı qurğunu terrorist işə salıb.
Məsciddə partlayış cümə namazı vaxtı törədilib, ölənlər şiələr olub.