Səudiyyə Ərəbistanında qadınlara axşam saatlarında ailəvi restoranlarda, kafelərdə, həmçinin qadın paltarları mağazalarında işləməyə icazə verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Al-Manar” nəşri məlumat yayıb.
Belə bir bəyanatla ölkənin Əmək Nazirliyinin nümayəndəsi Əbdül Manam əş-Şəhri çıxış edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar əmək qabiliyyətli əhalinin 17%-ni təşkil edir.
Rəylər