Səudiyyə Ərəbistanının ikinci kralının oğullarından biri olan şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud ölüb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kral evinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onun 90 yaşı var idi və o ağır xəstəlikdən əziyyət çəkirdi.
Şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 1926-cı ildə anadan olub, Səudiyyə Ərəbistanının ikinci kralı 1953-1964-cü illərdə hakimiyyətdə olan Səud Abduləzizin səkkizinci (bəzi mənbələrə görə 10-cu) oğludur.
O, Səudiyyə Ərəbistanı kral ailəsinin ən yaşlı üzvü idi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanını1953-cü ildən vəfat etmiş birinci kralın oğulları idarə edir. Hazırda Muhammad bin Naif taxt-taca iddia edən şahzadələrin üçüncü nəslinin birinci nümayəndəsidir.