Səudiyyə Ərəbistanının büdcə kəsirini necə bağladığı bəlli olub.
Oxu.Az xəbər verir ki, ötən ilin noyabr ayında korrupsiya ilə mübarizə adı altında 381 nəfər həbs edilmişdi.
Onların arasında şahzadələr, nazirlər, iş adamları var idi. Bu “qaymaq təbəqəsinin” azadlığa məhz sərvətlərinin bir hissəsini bağışlamaları müqabilində buraxıldıqları irəli sürülür.
Səudiyyə Ərəbistanının baş prokuroru Suud əl Mojeb razılaşma çərçivəsində 106,7 milyard dollar topladıqlarını açıqlayıb.
Baş prokuror bildirib ki, həbs olunanlar əmlak, kommersiya aktivləri, nağd pul qarşılığında azadlığa buraxılıblar. Həbs edilənlərin hamısının azadlığa buraxılmadığını deyən baş prokuror 56 nəfərin hələ də dəmir barmaqlıqlar arxasında qaldığını söyləyib.
Onu da qeyd edək ki, Səudiyyə hökuməti son 20-30 ildə korrupsiya və rüşvətxorluq nəticəsində 100 milyard dolların mənimsəndiyini açıqlamışdı. Lakin həbs edilənlərdən 106,7 milyard dollar toplanıb.
L.Ə.
www.oxu.az