Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Talal ibn Əbdüləziz əl-Saud Tbilisidə baş verən daşqın nəticəsində zərər çəkənlərə yardım üçün 300 min dollar ayırıb.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN mətbuat xidməti bildirib.
“Biz Vere çayının dərəsində təbii fəlakət nəticəsində baş verən hadisələrin inkişafını diqqətlə izləyirik. Gürcü xalqına dərin təəssüfümüzü bildirir və başsağlığı veririk.
Dar gündə dostlar həmişə yaxında olur. Alwaleed Philanthropies Fondu daşqından əziyyət çəkənlərə ilk yardım edənlərdəndir”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adına yazılan məktubda bildirilib.
Xatırladaq ki, rəsmi məlumata əsasən Tbilisidə iyun ayının 14-nə keçən gecə baş verən daşqın zamanı 19 nəfər həlak olub, üç nəfər isə itkin düşüb.