Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Seulda son 81 ildə ilk dəfə apreldə qar yağdı
Aprelin ortalarında təbiət Cənubi Koreya paytaxtı Seul şəhərinin sakinlərinə qeyri-adi sürpriz təqdim edib.
Oxu.Az rg.ru-ya istinadla xəbər verir ki, paytaxtda isti hesab edilən və albalı ağaclarının tam çiçəkləndiyi dövrdə qar yağıb.
Soyuq hava Seulda havanın temperaturunu 2-4 dərəcə endirib və sulu qar yağıb. Bu, Cənubi Koreyanın paytaxtında 81 il ərzində ilk dəfə baş verib.
Sonuncu dəfə aprel ayında Seulda qar 1944-cü ildə yağmışdı.
Ən çox oxunanlar