Kanadalı səyahətçi-bloqer Nikki Ontario Vankuver yaxınlığındakı dağlarda donaraq həlak olub.
“Daily Dot” agentliyi xəbər verir ki, 21 yaşlı N. Ontario xüsusən “Instagram”da fəal olub və tez-tez səyahətlərindən videolar paylaşıb.
Mənbə yazır ki, N.Ontario dağlara tək yollanıb.
Lakin bir neçə saat sonra görüşdüyü oğlana zəng edən səyahətçi-bloqer dağlıq ərazidə itdiyini bildirib. Bu zəngdən sonra N.Ontarionun telefonu sönüb və onunla əlaqəyə çıxmaq mümkün olmayıb.
Xilasedicilər onu bir gün sonra donmuş vəziyyətdə aşkar edib.