İranın mərhum ali rəhbəri Seyid Əli Xamenei üçün vida və dəfn mərasimlərinin proqramı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sabreen news" məlumat yayıb. Bildirilib ki, vida mərasimləri 2026-cı il iyulun 4-5-də Tehrandakı İmam Xamenei namazgahında keçiriləcək. İyulun 6-da Tehranda dəfn yürüşü təşkil olunacaq.
Mərasimlərin növbəti mərhələsi iyulun 7-də Qum şəhərində baş tutacaq. Proqrama əsasən, iyulun 9-da Məşhəd şəhərində dəfn yürüşü keçiriləcək və dəfn mərasimi İmam Rzanın hərəminin yaxınlığında həyata keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12