Ramazan ayı ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təxminən 2 milyon porsiya pulsuz yemək paylamağı planlaşdırırlar. Bu barədə Khaleej Times məlumat verir.
Oxu.Az “Qazeta”ya istinadla xəbər verir ki, layihə BƏƏ prezidenti Xəlifə bin Zayed Al Nahyanın xeyriyyə fondu tərəfindən həyata keçiriləcək.
İftar zamanı pulsuz yeməyi bütün ölkə üzrə 105 məntəqədə əldə etmək mümkün olacaq. Bundan başqa, təşkilatçılar xaricə ərzaq məhsullarının olduğu yüzlərlə bağlama göndərmək niyyətindədirlər.
Fond bu cür xeyriyyə aksiyasını səkkizinci dəfədir ki, BƏƏ-nin yüksək vəzifəli şəxslərin himayəsi altında keçirir.
“Khalifa Foundation”nın baş direktoru Məhəmməd Hacı əl-Hurinin qeyd etdiyi kimi, layihə İslam dinində əsas olan mərhəmətə əsaslanır.