Rusiyanın Novosibirs şəhərində temperaturun qəflətən +40 dərəcədən +20 dərəcəyədək enməsi şənbə günü hava şəraitinin kəskin dəyişməsibə səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə şahidi şəhər çimərliyinə yağan güclü dolunu mobil telefonun kamerasına çəkib. İstirahət edənlər təhlükəli istirahət zonasını sürətlə tərk etməyə başlasalar da, hamının bəxti gətirməyib - xüsusilə bu zaman suda olanlar əziyyət çəkiblər.
Zərərçəkənlər barədə məlumat verilməsə də, təbii fəlakətin ətrafdakı regionlara da təsir etdiyi bildirilir.
Belə ki, Novosibirsk vilayətində güclü küləyin aşırdığı ağac üç yaşında olan əkiz qız uşaqlarını öldürüb.