Almaniyanın Şimal dənizdəki Lanqeoq adasının sahillərində minlərlə kinder-sürpriz aşkar edilib.
Oxu.Az Rambler news-a istinadən xəbər verir ki, ekoloqlar bunun ciddi ekoloji problemlərə gətirib çıxaracağından narahat olurlar.
NDR teleradio şirkətinin yaydığı məlumata görə, Çindən Almaniyanın Bremerhafen limanına üzən yük gəmisi tufana düşüb, nəticədə beş konteyner itib. Həmin konteynerlərdə içərisində oyuncaq olan şokolad yumurtaları olub.
Qeyd edilir ki, yükün Rusiyada satılması nəzərdə tutulurdu, belə ki, plastik yumurtalara olan təlimat rus dilində yazılıb.
N.O.
www.oxu.az