Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir.
Məlumata görə, paytaxt Lefkoşada keçmiş prezident iqamətgahında təşkil olunan tədbir zamanı T.Ərhürmanın səhhəti pisləşib. O, dərhal təcili tibbi yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılaraq həkim nəzarətinə götürülüb.
Prezident Administrasiyasından verilən açıqlamada bildirilib ki, dövlət başçısının səhhətində yaranan problemin səbəbi qan təzyiqinin aşağı düşməsi olub. Prezidentin hazırkı vəziyyətinin normal olduğu və müayinələrin davam etdiyi qeyd olunur.