Tərəflər müştərək bəyanatla çıxış ediblər.
Oxu.Az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Tərəflər Phenyanın minanın partlaması nəticəsində Cənubi Koreya əsgərlərinin yaralanmasına dair təəssüfləndiyini bildirdiyi müştərək bəyanatla çıxış ediblər. Seul öz növbəsində Şimali Koreya sərhəddində KXDR-yə (Koreya xalq demokratik respublikası) qarşı təxribat məlumatının səsləndirildiyini uzadan danışma qurğularının söndürülməsini vəd edib.
KXDR tərəflərin yaylım atəşindən sonra elan etdikləri hərbi vəziyyəti ləğv edib. Bundan başqa, bəyanatda qeyd edilir ki, iki Koreya növbəti danışıqları paytaxtlardan birində aparacaqlar. Bu danışıqlar əlaqələrin yaxşılaşdırılmasına istiqamətlənəcək.
24.08.2015
Şimali və Cənubi Koreya uzun sürən danışıqlardan sonra saziş bağlayıblar.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Agentliyin məlumatına əsasən, bundan sonra Cənubi Koreya ucadandanışma qurğularından istifadə etməyəcək, KXDR isə iki ölkə arasında baş vermiş son hadisələrə görə Cənubi Koreyaya üzrxahlıq məktubu göndərəcək.
Qeyd edək ki, Seul və Pxenyan uzun müddətdir ki danışıqlarda nəticə əldə edə bilmirdilər.