ABŞ-ın 45-ci prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimi 1937-ci ildən indiyə qədər ən isti andiçmə mərasimi ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Proqnozlara görə, yanvarın 20-də Donald Trampın andiçmə mərasimində havanın temperaturu 14-15 dərəcəyə çata bilər, yağıntı gözlənilmir.
Daha öncə “ən isti inauqurasiya” Ronald Reyqana məxsus idi, 1981-ci ildə yanvarın 20-də onun andiçmə mərasimində havanın temperaturu 13 dərəcə idi.
N.O.
www.oxu.az