Britaniyada kimyəvi maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Serqey Skripalın qızı Yuliya Skripal artıq özünə gəlib və danışa bilir.
Oxu.Az xəbər verir ki, bu barədə “BBC News” Britaniyanın səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.
Xəstəxanada olan Yuliyanın 24 saat həkimlərin nəzarətində olduğu bildirilir. Onun vəziyyəti sabit olaraq qiymətləndirilir.
19:16
Britaniyada sinir-paralitik maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Serqey Skripalın qızı Yuliyanın vəziyyəti sabitləşib.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” Britaniyanın Milli səhiyyə xidmətinə istinadən məlumat yayıb.
Artıq ağır vəziyyətdə olmayan qızın sağalmaq üzrə olduğu bildirilir. Skripal özü isə hələ də reanimasiyada kritik vəziyyətdədir.
Britaniyada siyasi sığınacaq almış keçmiş rusiyalı kəşfiyyat polkovniki Skripal və onun qızı Yuliya martın 4-də Soslberi şəhərinin ticarət mərkəzi yaxınlığında, skamyada huşsuz vəziyyətdə aşkarlanıb.
Aparılan müayinədən sonra onların sinir sistemini iflic edən “Noviçok” maddəsi ilə zəhərləndiyi müəyyən edilib. Britaniya hökuməti həmin maddənin Rusiyada istehsal olunduğunu bildirərək, keçmiş casusun zəhərlənməsinə görə birbaşa Moskvanı ittiham edir.
Rusiya bu ittihamları rədd edərək, 2017-ci ildə bütün kimyəvi silahlarını məhv etdiyini açıqlayıb.
F.M.
www.oxu.az
Rəylər