Keçmiş rusiyalı casus Sergey Skripal avtomobilin daxili kondisioner sistemindən zəhərləyiblər.
Oxu.Az-ın ABC News-a istinadən xəbərinə görə, belə bir iddia ilə Britaniya xüsusi xidmət orqanları çıxış ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, Skripal və qızının olduğu BMW markalı avtomobilin kondisioner sistemi vasitəsi ilə toz halında olan zəhərləyici maddə buraxılıb.
Britaniya hökuməti hesab edir ki, maddənin təsiri altına daha 30 nəfər düşüb.
Xatırladaq ki, Britaniyada sığınacaq almış keçmiş Rusiya kəşfiyyat zabiti Solsberi şəhərində qızı ilə birgə huşsuz vəziyyətdə aşkarlanıb.
Hüquq mühafizə orqanları onun sinir sistemini iflic edən xüsusi qazla zəhərləndiyini bildirib. Hadisə yerinə birinci gələn polis zabiti ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Rusiya və Böyük Britaniya arasında münasibətlər pisləşib.
Rəylər