Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
“Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd əvvəlcədən planlaşdırılıb”.
Bu sözləri baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak Dövlət Təhlükəsizlik Şurasının və respublika hökumətinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, bu hadisə təsadüfi olmayıb. Həmçinin qeyd edib ki, atəş açan şəxs daha əvvəl Nazirlər Kabinetinin iclasının keçirildiyi Dolna-Kupadakı etiraz aksiyasında iştirak edib.
Eyni zamanda Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutay-Eştok Robert Fitsonu güllələyən şəxsin təklikdə hərəkət etdiyini, hakimiyyətə qarşı etirazlarda iştirak etdiyini, lakin radikal qruplaşmaların üzvü olmadığını bildirib.
Mənbə: TASS, RİA Novosti
Rəylər