Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu - VİDEO
Slovakiyanın hücuma məruz qalan Baş naziri Robert Fitso mayın 17-də növbəti dəfə əməliyyat olunub.
Bu barədə Slovakiya baş nazirinin müavini, eyni zamanda Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinyak məlumat verib.
Onun sözlərinə görə, buna baxmayaraq, Fitsonun vəziyyəti hələ də ağır olaraq qalır.
Kalinyak əlavə edib ki, həkimlərə baş nazirin sağlamlığı ilə bağlı dəqiq söz söyləmək üçün bir neçə gün lazım olacaq. O, həmçinin, Fitsonun huşunun yerində olduğunu və onun reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.
Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdi zamanı beş güllə yarası alıb və ağır halda xəstəxanaya çatdırılıb.
Slovakiya Prezidenti Peter Pelleqrini xəstəxanada onu ziyarət etdikdən sonra jurnalistlərə verdiyi açıqlamasında baş nazirlə bir neçə dəqiqə danışmağa icazə verildiyini, onun danışa bildiyini, lakin çox yorulduğunu və vəziyyətinin ağır olduğunu bildirib.
Mənbə: TASS
Rəylər