Sloveniya Parlamenti ölkədə eynicinslilərin nikahına icazənin lehinə səs verib. Bu barədə Agence France-Presse məlumat yayıb.
Oxu.Az xəbər verir ki, qanun layihəsini 51 deputat dəstəkləyib, əleyhinə isə 28 deputat səs verib.
“Qanuna edilmiş bu düzəliş nikahı cinsdən asılı olmayaraq iki insan arasında əbədi birlik kimi müəyyən edir və bu vaxta qədər mövcud olan diskriminasiyanı ləğv edir”, - sənədi təqdim edən müxalif “Birləşmiş sollar” partiyasının deputatı Matey Vatovets deyib.
Təxminən iki min Sloveniya vətəndaşı bu qanunun qəbuluna etiraz olaraq parlamentin binası qarşısında toplaşmışdı.