Teleaparıcı Kseniya Sobçak Rusiyada keçiriləcək və onun namizəd olduğu prezident seçkilərində qələbə qazanmaq şansının az olduğunu etiraf edib.
Оxu.Az bu barədə "The Guardian" qəzetinə müsahibəsinə istinadən xəbər verir.
"Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm.
Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər", - K.Sobçak deyib.
K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.
N.H.