Yunanıstanda xərçəng xəstəsi olan bir qadının canlı dəfn olunması barədə xəbərlər yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Yunanıstanın Selanik şəhərində 49 yaşlı K.G.nin basdırıldıqdan sonra məzarından səs gəldiyi iddia olunub.
Basdırıldıqdan sonra qəbirdən, “yardım!” səsi gəldiyini bildirən şahidlərin ifadəsi ilə məzar yenidən qazılıb.
Tabut açıldığı zaman isə K.G.nin basdırıldığı kimi olmadığı məlum olub.
Qadının cəsədi ailəsinin tələbi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada həkimlərin çəkdiyi kardioqrafiya ilə qadının öldüyü təsdiqlənib.
Bundan sonra ölünün “yardım” səsini eşitdiyini iddia edən məzarlıq gözətçisi ilə mərhumun 2 qohumu ifadə vermək üçün polis bölməsinə aparılıblar.