Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Almaniya Kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.
Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.
Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.
Hebeştrayt bildirib ki, Şolts bu telefon danışığından qabaq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək.

"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək