Somalinin Kismayo şəhərində yerləşən hoteldə baş verən partlayış nəticəsində ən azı 10 nəfər ölüb.
“Reuters”in verdiyi məlumata görə, hoteldə yerli məmurların toplantısı keçirilirdi.
Partlayışa görə məsuliyyəti Aş-Şabab radikal islam qruplaşması öz üzərinə götürüb.
Qeyd edilir ki, partlayışdan sonra keşikçilərlə terrorçular arasında atışma baş verdiyi üçün ölənlərin sayı arta bilər.