Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, yaraqlılar əvvəl “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər.
Ölənlərin sayının artacağı istisna olunmur.
Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.