Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Son 30 ilin ən böyük mafiya məhkəməsi başa çatdı
İtaliyanın cənubundakı Kalabriya bölgəsində yerləşən Vibo Valentia şəhərində “Ndrangeta” mafiyasının üzvlərinə qarşı son üç onilliyin ən böyük məhkəməsi bazar ertəsi başa çatıb.
“Rinascita” (Yenidən Doğulma) adı verilən iş 2019-cu ilin dekabrında polisin 334 şübhəli mütəşəkkil cinayətkarı həbs etməsindən sonra başlanıb. Onların arasında sahibkarlar, keçmiş siyasətçilər və məmurlar, karabinyerlər və kəşfiyyatçılar olublar.
Ümumilikdə, işdə sui-qəsd, çirkli pulların yuyulması, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah və partlayıcı maddələrin saxlanması, rəsmi sirri açıqlamaq və bu kimi maddələrlə barəsində 400-dən çox ittiham irəli sürülən 338 nəfər iştirak edib.
Məhkəmə iki il 10 ay davam edib və gündə ən azı üç dinləmə keçirilib. İyun ayında Kalabriya prokurorları məhkəmədən ümumilikdə 4744 il 10 ay müddətində 332 mühakimə hökmü verilməsini istəyiblər.
Nəhayət, bir aydan çox davam edən məsləhətləşmələrdən sonra üç hakim ittiham hökmü elan edərək prokurorun vəsatətini qismən təmin edib.
Ümumilikdə, iş üzrə 200-dən çox müttəhim cəzalandırılıb. Onların arasında mərhum Silvio Berluskoninin “İrəli İtaliya!” Partiyasından olan və 11 illik həbs cəzası alan keçmiş senator Cankarlo Pitelli, eləcə də 10,5 illik həbs edilən İtaliya Daxili İşlər Nazirliyinin anti-mafiya bölməsinin keçmiş baş məmuru Mişel Marinaro da var.
Mənbə: eurointegration.com.ua
Rəylər