Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şon Penn baş verənləri lentə almaq üçün Ukraynaya gəlib
Məşhur amerikalı aktyor və rejissor, “Oskar” mükafatçısı Şon Penn Ukraynaya gəlib.
O, Rusiyanın hərbi müdaxiləsini lentə almağı planlaşdırır.
Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, rejissorun missiyası Ukrayna həqiqətlərini dünyaya çatdırmaqdır.
Xatırladaq ki, rejissor 2021-ci ilin noyabrında da Ukraynaya səfər edib.
Sənədli filmin hazırlanması çərçivəsində o, Azov dənizinə baş çəkib və Ukrayna hərbçiləri ilə söhbət edib.
Mənbə: rbc.ua
"Ukrayna" teqi üzrə xəbərlər
Ən çox oxunanlar