Bazar ertəsi ABŞ Konressinin Senatı Sonni Perdyunun ölkənin kənd təsərrüfatı naziri vəzifəsinə təyinatını təsdiqləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onun lehinə 87, əleyhinə isə 11 səs olub.
Tramp Perdyunun namizədliyinin irəli sürülməsini yanvarın 19-da bəyan edib. Yeni kənd təsərrüfatı naziri əvvəllər Corciya ştatının qubernatoru olub.
N.О.
www.oxu.az